Şimali Kiprdə batan sərnişin gəmisində ölənlərin sayı artdı

Şimali Kiprdə batan sərnişin gəmisində ölənlərin sayı artdı
04.10.2026 01:25 Dünya

Şimali Kiprin Girnə sahillərində 30 avqustda batan sərnişin gəmisindəki itkinlərin axtarışı işlərində daha bir nəfərin meyiti tapılıb.

TodayPress TV xəbər verir ki, meyitin şəxsiyyətin müəyyənləşdirilməsi üçün DNT araşdırmasına başlanılıb.

Bununla da hadisədə həyatını itirənlərin sayı 19-a yüksəlib, itkin düşən 9 nəfərin axtarış işləri davam etdirilir.

Xatırladaq ki, avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində gəminin batması nəticəsində həlak olanların sayının 18 nəfərə çatdığı bildirilib.

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər