Tramp masanı qurur: Rusiya və Ukrayna razılaşacaq?

Tramp masanı qurur: Rusiya və Ukrayna razılaşacaq?
29.09.2026 22:36 Dünya

ABŞ-nin Ukrayna və Rusiya arasında enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan məhdud atəşkəs üzrə danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, “The Atlantic”in məlumatına görə, oktyabr ayında ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər. Görüşün keçirilməsi üçün ən mümkün məkan kimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi göstərilir.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner görüşün təşkilinə çalışırlar. Danışıqlarda tərəflərin elektrik stansiyaları, neft emalı zavodları və digər enerji infrastrukturlarına zərbələri dayandırması məsələsinin müzakirə olunacağı gözlənilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər