Trampdan miqrantlarla bağlı YENİ PLAN
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına miqrantların üçüncü ölkələrə sürətləndirilmiş deportasiyasını müvəqqəti bərpa etməyə icazə verib.
TodayPress TV xəbər verir ki, ABC News-un məlumatına görə, məhkəmə aşağı instansiyanın miqrantların əvvəlcədən xəbərdarlıq edilmədən vətəndaşı olmadıqları ölkələrə göndərilməsini bloklayan qərarını müvəqqəti dayandırıb.
Beləliklə, ABŞ hakimiyyəti hələlik sürətləndirilmiş deportasiyaları davam etdirə biləcək.
İşin mahiyyəti üzrə yekun qərarın dekabr ayında verilməsi gözlənilir.
Kübra Musayeva