“Super zəka”lar toplandı, “Apple” gəlmədi - FOTOLAR
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri ilə görüş keçirir.
TodayPress TV xəbər verir ki, toplantıda “Meta”, “xAI”, “Google”, “Anthropic”, “Nvidia”, “Amazon”, “Palantir”, “OpenAI” və “Microsoft” şirkətlərinin nümayəndələri iştirak edir. “Apple” isə görüşə nümayəndə göndərməyib.
Görüş “Super Zəka” toplantısı adlandırılıb. Bildirilir ki, Tramp “süni intellekt” ifadəsindənsə, “super zəka” terminindən istifadə etməyə üstünlük verir.
Kübra Musayeva