Rusiya "Şahid"lərinə qarşı məhvetmə silahı hazılanır - Zelenski bəyan etdi

Rusiya "Şahid"lərinə qarşı məhvetmə silahı hazılanır - Zelenski bəyan etdi
29.09.2026 22:47 Dünya

Ukrayna yaxın vaxtlarda aviasiyası üçün gücləndirmə alacaq, həmçinin Rusiyanın reaktiv "Şahid" dronlarına qarşı silahların ilk prototipləri müəyyənləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat yayıb.

Dövlət başçısı Müdafiə Nazirliyi və Ukrayna silahlarının istehsalının planlaşdırılmasına cavabdeh olan hərbçilərlə danışığın nəticələri barədə məlumat verib.

"Birincisi, oktyabr ayı üçün uzaqmənzilli əməliyyatlarımızı təsdiqlədik. İkincisi, ilin sonunadək "F-16"larımız üçün zəruri təchizat istiqamətlərini müəyyənləşdirdik. Konkret aviasiya paketləri barədə razılığa gəldiyimiz konkret ölkələr var. Yaxın vaxtlarda gücləndirmə olacaq", - deyə prezident qeyd edib.

Zelenski, həmçinin reaktiv "Şahid"lərə qarşı mübarizə sisteminin müzakirə edildiyini bildirib. Xüsusilə, effektiv silaha çevrilə biləcək ilk prototiplər müəyyən olunub:

"Məhz bu silahın istehsalı üzrə təmin edilməli olan dəqiq müddətlər, maliyyələşmə və həcmlər var. Əlavə müdafiə texnoloji həlləri, daha çox sayda effektiv ələkeçiricilər üzərində də işləyirik".

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər