Qasırğa Meksika sahillərinə hücum etdi - Tələfat var?

Qasırğa Meksika sahillərinə hücum etdi - Tələfat var?
30.09.2026 05:20 Dünya

Meksikaya çatan “Polo” qasırğası Cənubi Aşağı Kaliforniya ştatında dağıntı və tələfat törətməyib.

TodayPress TV xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum məlumat verib.

Məlumatda “Polo” qasırğasının keçməsindən sonra Cənubi Aşağı Kaliforniyada ölən və dağıntının qeydə alınmadığı bildirilib.

Qeyd olunub ki, “Polo” qasırğasının Sonora ştatının Quaymas şəhəri yaxınlığında yenidən quruya çıxacağı və həmin vaxt birinci kateqoriyalı siklon olacağı gözlənilir. Hakimiyyət orqanları əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirləri davam etdirir.

Meksikanın Mülki Müdafiə Xidmətinin məlumatına görə, qasırğa 5 kateqoriyadan 3-cü kateqoriyaya qədər zəiflədikdən sonra Cənubi Aşağı Kaliforniya ştatındakı San-Lasaro burnu ərazisində ölkə sahillərinə çatıb. Küləyin sürəti saniyədə 55 metrə qədər yüksəlib.

Pis hava şəraiti ilə əlaqədar vətəndaşlara açıq ərazilərdə küləyin apara biləcəyi tentləri, mebel və avadanlıqları yığışdırmaq, həmçinin su basmasının qarşısını almaq üçün damları və suötürücü sistemləri təmizləmək tövsiyə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər