Azərbaycana səfərini xatırladı, bunları dedi

Azərbaycana səfərini xatırladı, bunları dedi
29.09.2026 22:18 Xarici siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Kardinal vurğulayıb ki, dünyada müharibə, zorakılıq və nifrət mesajlarının yayıldığı bir dövrdə Azərbaycandakı dinlərarası həmrəylik və sülh modeli bütün beynəlxalq ictimaiyyət üçün böyük mesajdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tərəflərin bir-birinə dəstək olmasının, səylərin birləşdirilməsinin, mədəniyyət, din, həmçinin insani dəyərlər ətrafında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcək birgə proqramlar ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Azərbaycana səfərini xatırladı, bunları dedi — 1
Azərbaycana səfərini xatırladı, bunları dedi — 2
Azərbaycana səfərini xatırladı, bunları dedi — 3
Azərbaycana səfərini xatırladı, bunları dedi — 4
XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər