Jurnalistlər yazdı, Netanyahu məhkəməyə qaçdı
İsrailin Baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan əvvəl Misir və BƏƏ rəhbərliyi tərəfindən ona xəbərdarlıqlar edildiyi barədə yayılan məlumatlarla bağlı bir neçə İsrail mediası və jurnalistə qarşı məhkəməyə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Likud” partiyası məlumat yayıb.
Partiyanın açıqlamasına görə, iddianın məbləği 2,6 milyon şekel (təxminən 850 min dollar) təşkil edir.
İddia üzrə cavabdehlər arasında “Haaretz”, “Yedioth Ahronoth”, 12-ci kanal, həmçinin jurnalistlər Şlomi Eldar, Uri Misqav, Nadev Eyal, Barak Ravid və Attila Şomfalvi göstərilib.
Kübra Musayeva