Almaniya ABŞ-ni kənara “itələyib”, Ukrayna masasında yer istəyir
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların yaxın vaxtlarda başlaya biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o, ABŞ-nin danışıqlar prosesində monopoliyaya malik olmasına yol verilməməli olduğunu deyib və Avropanın da bu prosesdə iştirak etməsinin vacibliyini vurğulayıb. Vadefulun sözlərinə görə, müharibə Avropa ərazisində baş verdiyindən Avropa ölkələri danışıqlarda iştirak etməlidir.
Nazir əlavə edib ki, hazırda və yaxın gələcəkdə Avropanın təhlükəsizliyi Rusiya ilə deyil, Rusiyaya qarşı qurulmalıdır.
Kübra Musayeva