Süni intellekti bəyənmədi, "superintellekt" edir

Süni intellekti bəyənmədi, "superintellekt" edir
30.09.2026 00:20 Dünya

ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının "superintellekt"ə dəyişdirilməsi barədə fərman imzalayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə Amerika texnologiya korporasiyalarının nümayəndələri ilə görüşdə bildirib.

"O, süni deyil və hamımız bununla razıyıq. Biz onun adını rəsmi olaraq superintellektə dəyişəcəyik", - deyə Tramp bildirib.

AI texnologiyalarının tənzimlənməsi imkanı ilə bağlı sualı cavablandıran Ağ Ev rəhbəri bu sahədə "özünütənzimləmə olmalıdır" deyə bəyan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər