İnsanların edə bilmədiyini edir: Dəmir hörümçək iş başında
Cənubi Koreyada qaynaq işləri üçün robot hazırlanıb.
TodayPress TV xəbər verir ki, Cənubi Koreyanın “Daedong Robotics” şirkəti qaynaq işlərində istifadə olunan, hörümçəyə bənzər robot hazırlayıb.
Robot müstəqil şəkildə iş sahəsinə hərəkət edir, döşəmə, divar və tavanda irəliləyə bilir. Bu xüsusiyyət ona insanların işləməsinin çətin olduğu və ya təhlükəli sayılan ərazilərdə fəaliyyət göstərməyə imkan verir.
Bundan başqa, robot 30 kiloqrama qədər yük daşıya bilir. Hazırda Cənubi Koreyanın gəmiqayırma müəssisələrində istifadə olunur.
Kübra Musayeva