İsrail sərhədində uzun aradan sonra təhlükə siqnalı verildi

İsrail sərhədində uzun aradan sonra təhlükə siqnalı verildi
29.09.2026 23:35 Dünya

İsrailin Qəzza zolağı ilə sərhədində uzun müddətdən sonra ilk dəfə hava həyəcanı elan olunub.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hava həyəcanı sirenləri sərhədyanı Naxal-Oz qəsəbəsində işə düşüb. Yerli sakinlər raket atəşi təhlükəsi barədə xəbərdar edilib, hadisənin səbəbləri açıqlanmayıb.

"Təfərrüatlar araşdırılır", - deyə mətbuat xidmətindən qeyd olunub.

Bir qədər sonra mətbuat xidməti həyəcan siqnalının yanlış olduğunu bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər