Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyinatı oldu
Maliyyə
08.01.2026 16:51
Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.
Bu barədə TodayPress TV-yə Maliyyə Nazirliyindən məlumat verilib.
O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib. Sadiq Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2022-ci ildən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru olmuş Nazim Qasımzadə vəzifəsindən azad edilib.
tag: DXA,Direktor,Təyinat,Əmr,Todaypress.tv,
