Qızıl və gümüş bahalaşdı
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yüksəlib.
TodayPress TV xəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,41% artaraq 4 139,10 ABŞ dollarına çatıb.
Gümüşün dekabr fyuçerslərinin bir unsiya üzrə qiyməti isə 0,71% yüksələrək 50,68 ABŞ dolları olub.