"Sabah" "Slaviya" ilə oyun öncəsi məşqə çıxdı

"Sabah" "Slaviya" ilə oyun öncəsi məşqə çıxdı
12.10.2026 18:55 İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda Çexiyanın "Slaviya" klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.

TodayPress TV xəbər verir ki, Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər