Ər-Riyad hava limanı nə vaxta qədər bağlı qalacaq?

Ər-Riyad hava limanı nə vaxta qədər bağlı qalacaq?
12.10.2026 18:46 Dünya

Hücumlar səbəbindən fəaliyyətini dayandıran Ər-Riyad Beynəlxalq Hava Limanı təxminən oktyabrın 17-nə qədər bağlı qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə bildirib.

“Hava limanı təxminən oktyabrın 17-si, şənbə günü sutkanın sonunadək təyyarələrin enişi və uçuşu üçün bağlı olacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.

O, bu məlumatın hava məkanının bütün mümkün istifadəçilərinin diqqətinə çatdırıldığını qeyd edib.

Xatırladaq ki, oktyabrın 10-da və 11-də Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanı Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) hücumlarına məruz qalıb. Krallıq hakimiyyətinin məlumatına görə, ilk hücum nəticəsində azı 12 nəfər həlak olub, daha 309 nəfər yaralanıb.

Oktyabrın 11-də təkrarlanan hücum nəticəsində bir nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb. Hava limanına maddi ziyan dəyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər