Alonso “Çelsi”nin məğlubiyyətindən sonra Premyer Liqaya kökləndi
“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandasının İngiltərə Liqa Kubokunun 1/8 finalında “Liverpul”a məğlub olaraq turnirlə vidalaşmasını şərh edib.
TodayPress TV xəbər verir ki, “Enfild”də keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Liverpul” 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Xabi Alonso matçın hər iki komanda üçün bərabər mübarizə şəraitində keçdiyini bildirib:
“Matçın taleyi penaltilər seriyasında həll olunanda komandaların hər biri turnirdən ədalətsiz şəkildə kənarlaşdırıldığını düşünə bilər. Hər iki tərəf arasında mübarizə çox gərgin idi. Penaltilər seriyası isə hər şeyin baş verə biləcəyini göstərir.
Futbolçular “Enfild”də rəqabət aparmaq üçün kifayət qədər yaxşı səviyyə nümayiş etdirdilər. Penalti zərbəsindən qol buraxdıq, bundan sonra hesab 1:1 oldu. Oyun hər iki komanda üçün tamamilə bərabər keçdi.
Mayk Penders etibarlı çıxış etdi. Çoxsaylı qol imkanları yaratmasaq da, o, sabit və inamlı oyun göstərdi. Bu, ilk hissədə bizim üçün çox vacib idi.
Bu, futboldur və işimizin bir hissəsidir. Yaxşı səviyyədə çıxış etdik. Belə stadionlara gələndə məhz bunu nümayiş etdirmək lazımdır.
Əsas diqqətimiz Premyer Liqaya yönəlib. Bərpa olunmaq üçün çox vaxtımız yoxdur. Şənbə günü erkən saatlarda oyunumuz var. Buna görə də tez bir zamanda diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik”.
Qeyd edək ki, Liqa Kubokunun 1/4 final mərhələsinin oyunları dekabrın 14-dən başlayan həftə ərzində keçiriləcək. Bu mərhələdə “Liverpul” “Bornmut”la qarşılaşacaq.
Namiq HUN