Azərbaycanda bu cərimələr 4 dəfəyədək ARTIRILIR

Azərbaycanda bu cərimələr 4 dəfəyədək ARTIRILIR
28.10.2026 12:38 İqtisadiyyat

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr 4 dəfəyədək artırılacaq.

TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni konfidensiallığı təmin edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barədə məlumatın açıqlanmasına, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə və ya maddi zərər vurulmasına görə 800 manatdan 1 300 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsində isə bu əməllərə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə tətbiq olunması təklif edilir.

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər