Bakıda Atatürkün heykəli ziyarət olundu - FOTOLAR
29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda Mustafa Kamal Atatürkün heykəlini ziyarət edib.
TodayPress TV xəbər verir ki, heykəlin önünə gül dəstələri düzülüb, Türkiyə Cümhuriyyətinin qurucusunun xatirəsi ehtiramla yad olunub.
Fotolar "APA" İnformasiya Agentliyinə istinadən təqdim edilir: