Bakıda həyəcan davam edir: U-15 millimiz Mozambiklə üz-üzə gələcək

Bakıda həyəcan davam edir: U-15 millimiz Mozambiklə üz-üzə gələcək
29.10.2026 10:48 İdman

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalı çərçivəsində növbəti matçını keçirəcək.

TodayPress TV xəbər verir ki, komandamız bu gün saat 11:30-da C Divizionunda Mozambik yığması ilə qarşılaşacaq.

Bu cütün qalibi Kuba – Vyetnam matçının qalibi ilə, məğlub olan tərəf isə həmin görüşdə uduzan komanda ilə üz-üzə gələcək.

Xatırladaq ki, Famil Xəlilovun baş məşqçisi olduğu Azərbaycan millisi AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komandamız qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, yığmamız 9 xalla qrupda üçüncü yeri tutub.

Azərbaycan millisi C Divizionunda 81-96-cı yerlər uğrunda mübarizədə Çili yığmasına 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariq seçməsinə isə 5:1 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər