Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
09.09.2025 09:00 İqtisadiyyat

Sentyabrın 9-da ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub.

TodayPress TV xəbər verir ki, Dow Jones Industrial Average 0,25% artaraq 45 514,95 bənd, S&P 500 indeksi 0,21% yüksələrək 6 495,15 bəndə çatıb. Nasdaq Composite 0,45% irəliləyərək 21 798,70 bənd, NYSE Composite indeksi isə 0,18% artımla 21 173,64 bənd təşkil edib. Yeganə geriləmə Kanadanın S&P/TSX Composite indeksində qeydə alınıb – göstərici 0,08% azalaraq 29 027,73 bəndədək enib.

Avropa bazarlarında da əsas indekslər artım qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,84% artaraq 5 362,81 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,14% yüksələrək 9 221,44 bəndə, Almaniyanın DAX indeksi isə 0,89% artımla 23 807,13 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,78% artaraq 7 734,84 bənd, İspaniyanın IBEX 35 indeksi isə 1,02% irəliləyərək 15 002,20 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər qeyd edirlər ki, ABŞ bazarlarında artım əsasən texnologiya şirkətlərinin səhmlərinə güclü tələbat və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini sabit saxlaya biləcəyi ilə bağlı gözləntilərlə əlaqələndirilir. İnvestorların iqtisadi artım perspektivlərinə dair nikbin əhval-ruhiyyəsi də indekslərin yüksəlməsini dəstəkləyib. Avropadakı artım isə enerji qiymətlərində sabitlik və iqtisadi bərpa prosesinə dair ümidlərlə bağlı olub.

Xüsusilə sənaye və bank sektorunda alışların güclənməsi indekslərin günü müsbət dinamika ilə bitirməsinə təsir göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər