Dördüncü İqlim Həftəsi ilə bağlı memorandum ilk oxunuşda qəbul edildi
Azərbaycan Hökuməti ilə BMT-nin müvafiq katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun qəbul olunub.
TodayPress TV xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Sənəd “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsini nəzərdə tutur.
Qiymət Mahir