Tramp Rusiya və Ukrayna haqqında: “Mən dedim ki, razılaşıblar, deməli, razılaşıblar”
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəslə bağlı razılaşma əldə olunduğu barədə açıqlamasına aydınlıq gətirərkən diqqətçəkən ifadələr işlədib.
TodayPress TV xəbər verir ki, jurnalist Trampdan hər iki tərəfin atəşkəs razılaşmasını qəbul etmədiyini bildirməsinə baxmayaraq, niyə onların razılaşdığını dediyini soruşub.
O isə belə cavab verib: “Onlar razılaşdılar. Bilirsən niyə? Çünki mən dedim ki, "Razısınız". Buna görə də. Onlar razılaşdılar, çünki mən razılaşdıqlarını dedim”.
Türkan İsgəndərli