İstanbul metrosunda iki partlayış baş verdi

İstanbul metrosunda iki partlayış baş verdi
13.10.2026 11:20 Hadisə

Türkiyənin İstanbul şəhərində M5 Üsküdar–Çekmeköy metro xəttinin İhlamurquyu stansiyasında iki partlayış baş verib.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində metro tunelini tüstü bürüyüb.

Türkiyə mediasının məlumatına görə, partlayışların kabellərdə yaranan nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Hadisədən sonra sərnişinlər stansiyadan təxliyə edilib, metro xəttində hərəkət dayandırılıb.

Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər