Dünya fond bazarlarında əsas indekslər gerilədi
İqtisadiyyat
15.11.2025 09:30
Noyabrın 14-də ABŞ və Avropa fond bazarlarında indekslərin əksəriyyətində eniş qeydə alınıb.
TodayPress TV xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,65% azalaraq 47 147,48 bəndə, S&P 500 isə 0,05% geriləməklə 6 734,11 bəndə düşüb.
NYSE Composite indeksi də 0,30% azalaraq 21 470,26 bənd təşkil edib. Bunun fonunda yalnız NASDAQ Composite 0,13% artaraq 22 900,59 bəndə, Kanadanın S&P/TSX Composite indeksi isə 0,24% yüksələrək 30 326,46 bəndə qalxıb.
Avropa bazarlarında da mənfi dinamika üstünlük təşkil edib. Euro Stoxx 50 indeksi 0,85%, FTSE 100 – 1,11%, DAX – 0,69%, CAC 40 – 0,76%, IBEX 35 isə 1,40% azalıb.
Analitiklər ABŞ-da enişi faiz endirimi ilə bağlı gözləntilərin zəifləməsi və texnologiya sektorundakı risklərlə izah edirlər. Avropadakı geriləməyə isə zəif iqtisadi artım, enerji qiymətlərində oynaq vəziyyət və Çin iqtisadiyyatından gələn mənfi siqnallar səbəb olub. Bu amillər bazarlarda risk iştahasını azaltdığı üçün investorlar daha ehtiyatlı davranmağa başlayıblar.
tag: ABŞ,Avropa,Fond bazarı,Eniş ,Todaypress.tv,
