Bu ölkəyə qeyri-neft-qaz ixracı azaldı
İqtisadiyyat
16.04.2026 15:18
Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 211,65 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 4,2 % artaraq 139,95 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 49,7 % artaraq 120,7 milyon ABŞ dolları olub.
3 ayda Azərbaycan həmçinin İsveçrəyə 103,45 milyon ABŞ dolları (+ 48,6 %), Ukraynaya isə 42,7 milyon ABŞ dolları (- 16,3 %) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri illik müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
tag: Qeyri-neft ,Dollar,Sektor,Büdcə,Todaypress.tv,
