"Zenit"in futbolçusu "Sabah"a keçdi

"Zenit"in futbolçusu "Sabah"a keçdi
01.09.2026 23:19 İdman

"Sabah" heyətinə yeni futbolçu qatıb.

TodayPress TV xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın "Zenit" klubundan icarəyə götürülüb.

Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək "Sabah"ın üzvü olacaq. Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Xatırladaq ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər