Sirikdə partlayışlar baş verdi: İran hücuma məruz qaldı? - TƏCİLİ / VİDEO
İranın cənubunda yerləşən Sirik şəhəri yaxınlığında partlayışların baş verdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, ilkin və hələlik təsdiqlənməmiş məlumatlara görə, ABŞ ordusunun Hörmüz boğazı yaxınlığında yerləşən ərazilərdən birinə zərbə endirdiyi iddia olunur.
Hadisədən sonra ərazidən tüstü sütunlarının yüksəldiyini əks etdirən görüntülər yayılıb. Eyni zamanda, İranın cənub sahillərində pilotsuz uçuş aparatının (PUA) vurularaq yerə salındığı barədə də məlumatlar yayılıb.
Yerli qurumların partlayışların səbəbini və mümkün nəticələrini araşdırdığı bildirilir. Hadisə ilə bağlı məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Kübra Musayeva