“Zəif tərəfindən istifadə edə bilmədim” - Kiryos Nisikorinin oyunundakı sirri açdı!

“Zəif tərəfindən istifadə edə bilmədim” - Kiryos Nisikorinin oyunundakı sirri açdı!
30.09.2026 13:31 İdman

Dünyanın keçmiş 13-cü raketkası, avstraliyalı tennisçi Nik Kiryos dünyanın keçmiş 4-cü raketkası, yaponiyalı Key Nisikori ilə qarşılaşmalarından danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Dostum... Nisikori hər zaman qarşısında oynamaq mənim üçün həqiqətən çətin olan rəqib idi. İnanılmaz zərbə ustasıdır. Onunla oyunda həmişə vaxt azlığı hiss edirdim. Ən yaxşı formasında olanda çox güclü forhendə malik idi. Yeganə zəif tərəfi ötürmələri (servisləri) idi, amma mən bundan da istifadə edə bilmədim!” - deyə Kiryos bildirib. 

Qeyd edək ki, Nik Kiryos fərdi yarışlarda 7 ATP titulu qazanıb. O, 2022-ci ildə Vaşinqtonda keçirilən “ATP-500” turnirinin qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər