Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
09.07.2026 16:57 İdman

Yurgen Klopp futbol üzrə Almaniya millisinin yeni baş məşqçisi olacaq.

TodayPress TV “Sky Sport”a istinadən xəbər verir ki, tanınmış mütəxəssis Almaniya Futbol İttifaqı (DFB) ilə anlaşıb. Tərəflər artıq müqavilə şərtlərində razılığa gəliblər.

Sözləşmənin müddəti 2030-cu ilədək olacaq, həmin il Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək dünya çempionatını da əhatə edəcək.

DFB Kloppun Almaniya millisinə rəhbərlik etməsi ilə bağlı qərarı əvvəlki baş məşqçi Yulian Naqelsmanın dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlubiyyətdən sonra istefa verməsindən qəbul edib. Bildirilib ki, yekun danışıqlar iyulun 10-11-də Nyu-Yorkda keçiriləcək.

Qeyd edək ki, Yurgen Klopp 2025-ci ilin yanvarından "Red Bull"un qlobal futbol üzrə rəhbəri vəzifəsində çalışır. Onun bu strukturdan ayrılması ilə bağlı bütün məsələlərin həll olunduğu və müqavilə imzalandıqdan dərhal sonra hüquqi prosedurların başa çatdırılacağı vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər