Yeni İbrahimoviç səhnədə? Superkubokda mümkün debüt
İsveç futbolunun ulduzu Zlatan İbrahimoviçin oğlu Maksimilian “Milan” klubunun əsas komandasına dəvət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Maksimilian dekabrın 18-də “Milan”ın heyətində “Napoli”yə qarşı keçiriləcək İtaliya Superkuboku matçında debüt edə bilər.
Qeyd edək ki, Maksimilian İbrahimoviç bundan əvvəl “Milan”ın gənclər komandasında çıxış edib.
Namiq HUN