Yannik Sinner təcili tibbi müayinədən keçirilir!
Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner Milanda yerləşən özəl ortopedik klinikada tibbi müayinədən keçir.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Qabriyele Parpilya sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Sinner hazırda öz müalicə və reabilitasiya həkiminin nəzarətindədir. Həkim tennisçini müayinə etmək üçün məzuniyyətdən vaxtından əvvəl qayıdıb.
Qeyd olunur ki, komandanın müraciəti əsasında qəbul təcili təşkil edilib və vacib tibbi müayinə artıq başlayıb.
Xatırladaq ki, bundan əvvəl Yannik Sinnerin Monrealda keçirilən “Masters” turnirində iştirak etməyəcəyi açıqlanmışdı.
Namiq HUN