Xədicə Qurbanzadə rəqiblərinə şans vermədi
Azərbaycanın qadın güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə qoşulublar.
TodayPress TV xəbər verir ki, Samokovda təşkil olunan turnirdə iştirak edən üç güləşçimizdən biri adını mükafatçılar sırasına yazdırıb.
Xədicə Qurbanzadə (49 kq) yarımfinala gedən yolda polşalı və finlandiyalı rəqiblərini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib.
Komandanın digər üzvləri Məryəm Əmrəli (57 kq) və Nuray Həsənli (65 kq) isə təsnifat mərhələsini keçə bilməyiblər. Məryəm italiyalı, Nuray isə türkiyəli rəqibinə məğlub olub.
Namiq HUN