Putin Zelenskinin "ərazi itkisini qəbul edirik" açıqlamasını YERSİZ ADLANDIRDI
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə nail olmaq üçün ərazisinin bir hissəsini itirməyi qəbul etməyə hazır olması barədə açıqlamasını yersiz hesab edib.
TodayPress TV xəbər verir ki, Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinlə müsahibəsində bildirib ki, sözügedən ərazilər tarixən Rusiyaya məxsus olub.
“Əvvəla, mənim bu məsələyə münasibətim budur ki, bu, onların ərazisi deyil, tarixən Rusiya ərazisidir”, - Putin deyib.
Rusiya prezidenti qeyd edib ki, həmin ərazilərdə yaşayan insanlar əvvəlcə dövlət müstəqilliyinə, daha sonra isə Rusiya Federasiyası ilə birləşməyə səs veriblər.
“Beləliklə, hər hansı ərazi itkisi barədə danışmaq mənə yersiz görünür”, - deyə Putin vurğulayıb.
Jalə Rövşən