Xədicə Avropa çempionluğu üçün xalçaya çıxacaq!
Bolqarıstanda qadın güləşi üzrə U-17 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi Xədicə Qurbanzadə final görüşünə çıxacaq.
49 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Bolqarıstanın Samokov şəhərində keçirilən turnirdə Ukrayna təmsilçisi Olena Kolubai ilə qarşılaşacaq.
Xatırladaq ki, Xədicə Qurbanzadə finala gedən yolda Polşa idmançısı Zuzanna Ptaknı 10:0, Finlandiya təmsilçisi Kerttu Helmi Uşanoffanı 10:0, Almaniya idmançısı Mədinə Bayramovanı isə 5:1 hesabı ilə məğlub edib.
Final qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Namiq HUN