WADA-nın 2026 dopinq siyahısı qüvvəyə mindi
İdman
01.01.2026 12:32
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələr və üsullar siyahısı bu gündən qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, məlumatı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yayıb.
Siyahı üç hissədən ibarətdir:
1. Hər zaman qadağan edilmiş maddələr və üsullar
2. Yarış müddətində qadağan edilmiş maddələr və üsullar
3. Müəyyən idman növlərində qadağan edilmiş maddələr
2026-cı il üçün siyahı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Siyahıya əlavə olaraq əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da təqdim edilib və AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Qadağan edilmiş maddələrin siyahısı ilə tanış olmaq üçün www.amada.az/doping-nezareti/qadagan-edilmis/ linkinə keçid edə bilərsiniz.
Namiq HUN
tag: WADA,Dopinq,Maddə,AMADA,Todaypress.tv,
