“Vugar Gashimov Open 2026” öz qalibini tapdı

“Vugar Gashimov Open 2026” öz qalibini tapdı
31.07.2026 13:20 İdman

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinin qalibləri məlum olub. 

TodayPress TV Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xal toplayan Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Vüqar Manafov isə 7 xalla üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid turnirində Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Namiq HUN 

FOTOLAR

“Vugar Gashimov Open 2026” öz qalibini tapdı — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər