“Vugar Gashimov Open 2025” davam edir

“Vugar Gashimov Open 2025” davam edir
29.07.2025 10:52 İdman

Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri davam edir.

TodayPress TV xəbər verir ki, bu gün yarışda 6-cı turun oyunları keçiriləcək.

5 turdan sonra iki şahmatçı - Azərbaycan təmsilçiləri Tunar Davudov və Şiroğlan Talıbov liderdir. Onlar yüz faizli nəticə - hərəyə 5 xalla yollarına davam edirlər.

Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib. Sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər