“Vinnipeq” Semberqlə yeni müqavilə imzaladı
Kanadanın “Vinnipeq Cets” klubu müdafiəçi Dilan Semberqlə yeni müqavilə imzaladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə 26 yaşlı amerikalı oyunçu ilə bağlanan müqavilə üç ili əhatə edir.
O, illik orta hesabla 5,75 milyon ABŞ dolları məvacib alacaq.
Müdafiəçi 2024/25 mövsümündə “Vinnipeq”in heyətində 73 oyunda 23 (6 qol + 17 assist) xal toplayıb. O, bu komandanın heyətində 2021-ci ildən çıxış edir.
Töhfə Səməd