Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq!

Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq!
05.08.2026 08:58 İdman

“Real Madrid”in vingeri Vinisius Junior yeni baş məşqçi Joze Mourinyo ilə əməkdaşlığı və mövsümöncəsi hazırlıq prosesi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Braziliyalı futbolçu bildirib ki, hazırlıq mərhələsi uğurla davam edir və yeni məşqçi ilə işləməkdən məmnundur.

“Hər şey çox yaxşı keçdi. Yeni baş məşqçi və yeni komanda yoldaşlarımla tanış oldum, intensiv məşqlər etdik. Joze Mourinyo istəyir ki, həmişə olduğu kimi xoşbəxt olum, pozitiv qalım və öz futbolumu oynayım.

Fiziki cəhətdən yaxşı hazırlaşmalıyıq ki, mövsüm ərzində zədələr az olsun və bütün futbolçulara arxalana bilək. Bu gün idman zalında çalışdıq və ayaqlara düşən yükü artırmaq üçün qısa məşqlər etdik. Yorucu olsa da, faydalı məşq oldu. İndi növbəti günə hazırlaşmaq üçün dincəlməliyik", – deyə Vinisius bildirib.

Qeyd edək ki, daha əvvəl “Real”ın Vinisius Junior üçün 150 milyon avrodan başlayacaq təklifləri dəyərləndirməyə hazır olduğu, “Arsenal”ın isə braziliyalını yay transfer dövrünün əsas hədəflərindən biri hesab etdiyi bildirilmişdi.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər