Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi!

Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi!
10.08.2026 11:54 İdman

NBA-nın “San Antonio Spörs” klubunda çıxış edən 22 yaşlı fransalı basketbolçu Viktor Vembanyama bir oyunda 100 xal toplamaq imkanının olub-olmaması ilə bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Basket News” məlumat yayıb.

Fransalı basketbolçu bu suala qəti şəkildə “Bəli, razıyam” cavabını verib.

Vembanyama 2023-cü il NBA draftında ilk sıradan “San Antonio Spörs” tərəfindən seçilib. 2025/2026 mövsümündə komandanın NBA finalına yüksəlməsinə kömək edən basketbolçu “Spörs”in “Nyu-York Niks”ə 1:4 hesabı ilə məğlub olduğu seriyanı ikinci yerdə tamamlayıb.

Viktor Vembanyama ötən mövsüm NBA tarixində ilk dəfə yekdilliklə ilin ən yaxşı müdafiəçisi seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər