Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi

Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi
18.08.2026 12:40 İdman

“San Antonio Spörs” klubunun ulduz basketbolçusu Viktor Vembanyama 2024-cü il Paris Olimpiya Oyunlarından sonra ilk dəfə Fransa millisinə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Fransalı basketbolçu milli komandada keçirilən matçların onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu, daha çox məna kəsb edir, çünki milli komandanı daha az müddət ərzində təmsil edirsən. Beynəlxalq karyerada oyunların sayı çox azdır. Onların hər biri həqiqətən böyük əhəmiyyət daşıyır. Bu seçmə pəncərəsi həm mənim, həm də bir çox digər oyunçu üçün vacibdir. Burada məşqçilər heyəti və yeni komanda yoldaşları ilə tanış olmaq, həmçinin gələcək üçün təməl yaratmaq imkanı əldə edirik”. 

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər