Vassör Hemiltonun sözlərinə reaksiya verdi: “Birliyi itirsək, hər şeyi itirəcəyik!”
“Ferrari”nin rəhbəri Frederik Vassör oktyabrın 2-də Malayziyadakı Bəhreyn Qran-prisində komandanın pilotu Lyuis Hemiltonun açıqlamalarına cavab verib.
TodayPress TV xəbər verir ki, bu barədə “AutoRacer” nəşri məlumat yayıb.
“Lyuisin şərhinə gəlincə, düşünürəm ki, ayrı-ayrı şəxslərdə və ya hansısa konkret hallarda təqsirkar axtarmaq səhv olardı. Yaxşı anlarda komanda olaraq qalib gəlirik, çətin anlarda da bunu birlikdə yaşayırıq. Konkret kimisə fərqləndirmək istəmirəm, amma səmimi olsam, mövsümə yaxşı başladıqdan sonra məhz birliyi itirmək böyük səhv olardı.
Əlbəttə, bu kifayət deyil: biz daha çoxunu, daha tez-tez qalib gəlməyi və çempionatı qazanmağı hədəfləyirik. Buna baxmayaraq, ümumilikdə mövsümə yaxşı başlanğıc etdik. Son yarışlarda müəyyən çətinliklərlə qarşılaşsaq da, texniki yenilənmələr sayəsində tezliklə yenidən rəqabətədavamlı olacağımıza və lazım olan tempi bərpa edəcəyimizə ümid edirik”, - deyə Vassör bildirib.
Xatırladaq ki, Lyuis Hemilton daha əvvəl Vassörin müdafiəsinə qalxaraq problemlərin səbəbini rəhbərliyin daha yuxarı pillələrində axtarmağa çağırmışdı.
Namiq HUN