Van-Bissaka “Aston Villa” üçün meydana çıxmağa hazırlaşır!

Van-Bissaka “Aston Villa” üçün meydana çıxmağa hazırlaşır!
21.08.2026 15:41 İdman

“Aston Villa” klubu “Vest Hem Yunayted”in müdafiəçisi Aaron Van-Bissakanın icarəyə götürüldüyünü rəsmən açıqlayıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər “Aston Villa”da çıxış edəcək. 

İcarə müqaviləsində oyunçunun transfer hüquqlarının alınması ilə bağlı opsion da yer alıb.

Van-Bissaka ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 27 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi 2026-cı il dünya çempionatında isə 4 görüşdə meydana çıxıb.

“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər