Usik: “Boksu inkişafdan saxlayan insanlar var”
Ukraynalı mütləq dünya çempionu Aleksandr Usik müasir boksda ən böyük problemin nədə olduğunu izah edib.
TodayPress TV xəbər verir ki, blits-sorğu zamanı, hazırda boksdakı ən böyük problem nədir sualına Usik cavab verib:
“Məncə, əsas problem — idmanda çalışan cahillərdir”.
Xatırladaq ki, Usik son döyüşünü 20 iyulda Londonun “Uembli” stadionunda britaniyalı Daniel Dyubuaya qarşı keçirib. Superağır çəkidə dünya üzrə mütləq çempion titulu uğrunda baş tutan revanş görüşündə Usik rəqibini 5-ci raundda nokaut edib.
Namiq HUN