“US Open”də gözlənilməz qalmaqal: Tennis ulduzları araşdırma altında!

“US Open”də gözlənilməz qalmaqal: Tennis ulduzları araşdırma altında!
04.09.2026 09:55 İdman

Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) bir sıra tanınmış tennisçilərin “US Open – 2026” turnirinin startı ərəfəsində Nyu-Yorkda keçirilən “DraftKings” tədbirində iştirakı ilə bağlı araşdırmaya başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Ben Rotenberq məlumat verib.

Gecədə Serena Uilyams, Koko Qauff, Arina Sobolenko, Mirra Andreyeva, Teylor Frits və digər ulduz idmançılar iştirak ediblər. Tədbirin təşkilatçısı şou-biznes və gecə əyləncəsi sahəsində nüfuzlu sahibkar Deyv Qrutman olub. Bir çox tennisçilər “DraftKings” loqotipləri önündə Qrutmanla şəkillər çəkdiriblər.

Fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra tennis ictimaiyyətinin bəzi nümayəndələri dürüstlük qurumlarına müraciət ediblər və bu da ITIA-nın araşdırma başlatmasına səbəb olub. 

Məlumata görə, idmançılar mərc şirkətinin tədbirinə pul müqabilində deyil, Qrutmanla şəxsi dostluq münasibətlərinə görə qatılıblar.

Buna baxmayaraq, tennisçilərin mərc şirkətinin reklam xarakterli gecəsində görünməsi anti-korrupsiya qaydalarının pozulması ehtimalını yaradır. ITIA idmançılara bu növbədən sonra bu cür brendlərin tədbirlərində ehtiyatlı olmaq barədə xəbərdarlıq edə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər