Ulduzlar yarışır: İlin ən güclü yarımmüdafiəçisi kim olacaq?

Ulduzlar yarışır: İlin ən güclü yarımmüdafiəçisi kim olacaq?
18.12.2025 16:19 İdman

“Globe Soccer Awards” mükafatında ilin ən yaxşı yarımmüdafiəçisi nominasiyası üzrə finalçılar müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, namizədlərin siyahısı mükafatın rəsmi sosial şəbəkə hesabında açıqlanıb.

İlin ən yaxşı yarımmüdafiəçisi adına namizəd olan futbolçular Cud Bellinqhem (“Real Madrid”), Joau Neveşlə  Vitinya (hər ikisi PSJ), Kol Palmer (“Çelsi”) və Pedridir (“Barselona”).

Qeyd edək ki, “Globe Soccer Awards” hər il futbol dünyasında fərqlənən futbolçuların və məşqçilərin mükafatlandırıldığı mərasimdir. 

Tədbir dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər