Ulduz futbolçudan gözlənilməz qərar: Millidəki karyerasını başa vurdu
"Bayer"in futbolçusu Patrik Şik Çexiya millisindəki karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb.
O, bu qərarı Çexiya yığmasının DÇ-2026-dakı uğursuz çıxışından bir gün sonra, növbəti mərhələ şanslarını itirdikdən dərhal sonra verib.
Çexlər A qrupunda Cənubi Koreyaya 1:2, Meksikaya 0:3 hesabı ilə uduzub, CAR-la 1:1 heç-heçə edib və 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən Çexiya millisində çıxış edirdi. O, yığmada 56 oyuna 26 qol vurub(teleqraf).