Moskva və Kiyev arasında buzlar əriyir? - Vaşinqton ümidlidir

Moskva və Kiyev arasında buzlar əriyir? - Vaşinqton ümidlidir
22.10.2026 18:09 Dünya

ABŞ liderinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların nəticələrinə nikbin yanaşır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Uitkoffun Putin və Zelenski ilə görüşünün nəticələrini şərh edərkən Ohayo ştatının Sinsinnati şəhərində jurnalistlərlə söhbətində bildirib.

“Son bir neçə gündə o, təbii ki, həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə danışıqlar aparıb. O, nikbin əhval-ruhiyyədədir”, – deyə Vens vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər