Uilşer “Luton Taun”la anlaşdı
“Arsenal” klubunun sabiq futbolçusu Cek Uilşer baş məşqçi kimi ilk təyinatını alıb.
TodayPress TV xəbər verir ki, ingiltərəli mütəxəssis “Luton Taun” klubunu çalışdıracaq.
Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yaysa da, 33 yaşlı məşqçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Cek Uilşer futbolçu karyerasını başa vurduqdan sonra “Norviç” klubunda köməkçi məşqçi kimi çalışıb.
Namiq HUN